Zərdabda 34 sahibkara güzəştli kredit verilib
22 oktyabr 2010 18:43 (UTC +04:00)

Zərdabda 34 sahibkara güzəştli kredit verilib

Bu gün Zərdabda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir keçirilib. İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-yə yaxın sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Göyçay rayonundakı “Parallel” MMC-yə məxsus tutumu 2 min ton olan müasir soyuducu anbar kompleksinin fəaliyyətinə, “Göyçay-Konyak Zavodu” ATSC-nin inşa etdirdiyi illik istehsal gücü 100 min litr konyak spirti olan üzüm emalı zavodunda və Ağdaş rayonunda “Türyançay FT” ASC-nin inşa etdirdiyi 800 başlıq südlük istiqamətli cins iribuynuzlu müasir heyvandarlıq kompleksində aparılan tikinti işlərinə baxış keçirilib.

Daha sonra “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlayıb. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev və digərləri regionlarda həyata keçirilən iqtisadi layihələrin səmərəsindən, sənaye və kənd təsərrüfatındakı mövcud vəziyyətdən danışılıb.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən 34 sahibkarlıq subyektinə 406 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 60 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741

Oxşar yazılar