İnvestisiya potensialı: nailiyyətlər və perspektivlər
“Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı»nın həyata keçirildiyi 7 ildə ölkədə 900 minə yaxın yeni iş yeri açılıb. Bu dövr ərzində 35 mindən çox yeni müəssisə yaradılıb.
Lent.az-ın məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov “Azərbaycan Respublikasının regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransdakı çıxışında bildirib. Onun sözlərinə görə, bu proqramların uğurlu icrası nəticəsində qeyri-neft sektoru surətlə inkişaf edib, yeni iş yerlərinin və müəssisələr yaradılıb.
Nazir müavini bildirib ki, ölkədə həyata keçirilən bu cür proqramlar çərçivəsində iqtisadiyyata investisiya qoyuluşları əhəmiyyətli şəkildə artıb. Bu isə kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsini stimullaşdırır. Onun sözlərinə görə, hər bir region üzrə mövcud potensialdan səmərəli istifadə etməklə investisiya layihələrinin hazırlanması və onların reallaşdırılması bundan sonra da davam edəcək.
Nazirliyin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov isə İslam İnkişaf Bankının “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin institusional quruculuğu və potensialının artırılması” layihəsi çərçivəsində görülmüş işlər, ölkənin iqtisadi rayonları üzrə investisiya təklifləri və potensial investisiya sahələrindən danışıb. Onun sözlərinə görə, bu layihələr ölkənin iqtisadi rayonlarının mövcud potensialını, investisiya imkanlarını araşdırmaq, investisiyaların, müasir texnologiya və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə hazırlanıb. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, xidmət, turizm sektorunu əhatə edən 134 layihədə investisiya qoyuluşunun əhəmiyyəti, investisiya tələbatı və layihənin həyata keçirilmə planı əks olunub.
Xatırladaq ki, İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda müvafiq dövlət qurumlarının, elmi-tədris müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı iqtisadçı-ekspertlər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
Elxan SALAHOV

1101