Saxta məhsul satan cəzalandırıldı
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Ramana qəsəbəsində Məhərrəm Quliyevə məxsus müəssisədə aparılan yoxlama zamanı məlum olub ki, müəssisədə yığılan elektrik tənzimləyiciləri Türkiyə istehsalı kimi “El-Bi” adı ilə markalanır. Üstəlik üzərində 3 il zəmanət müddəti göstərilən Türkiyə istehsallı “Bdy-Kalmaksan” adlı işıqlandırıcıların zəmanət verilmədən, Çin istehsalı olan “Bronco” generatorlarının isə uyğunluq sertifikatı olmadan satıldığı müəyyən edilib. Bundan başqa, etiketində Çində istehsal edildiyi göstərilən, lakin mənşəyi bəlli olmayan müxtəlif çeşidli elektrik avadanlıqları da aşkarlanıb.
Bu faktlarla əlaqədar, 104,4 min ədəd müxtəlif elektrik avadanlıqlarının, 749 ədəd “Bdy-Kalmaksan” adlı işıqlandırıcıların, 115 ədəd “Bronco” adlı generatorların və 13 ədəd “El-Bi” adlı elektrik tənzimləyicilərinin satışı dayandırılıb. Həmin malların ticarət şəbəkəsindən geri yığılması barədə müəssisə rəhbərliyinə icrası məcburi göstəriş verilib.
Elxan SALAHOV

Oxşar yazılar

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36