Gələn ilin dövlət büdcəsi qəbul edildi
Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2011-ci dövlət büdcəsi haqqında” qanun layihəsi qəbul edilib.
Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi səsə qoyulmazdan qabaq çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, bundan əvvəl büdcə layihəsinin parlamentdə müzakirəsi zamanı millət vəkillərinin irəli sürdükləri rəy və təkliflərin bir qismi nəzərə alınıb.
Rəy və təkliflərdən sonra büdcə layihəsinə edilən dəyişikliklər arasında “Sair xərclər” funksional bölməsinə aid məqamlar var. Maliyyə naziri bildirib ki, “Sair xərclər”in açıqlanması məsələsi müzakirə olunub və deputatların bu təklifi təmin olunub. “Sair xərclər” bölməsində nəzərdə tutulan xərclər funksional təsnifatla büdcədə əksini tapıb.
Bundan əlavə, hökumət Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin büdcəsinə ayrılmış vəsaiti də qismən artırıb. Dərman və preparatlarının alınması üçün Dövlət Baytarlıq Xidmətinə əlavə olaraq 500 min manat ayrılıb. Samir Şərifov parlamentdə millət vəkillərinin irəli sürdükləri təklif və rəylərin hamısının müzakirə olunduğunu, onların bir qisminin təmin edildiyini söyləyib.
Beləliklə, gələn ilin dövlət büdcəsi parlamentdə qəbul olunub. Xatırladaq ki, 2011-ci ilin dövlət büdcəsinin xərcləri 12 milyard 748 milyon manat, gəlirləri 12 milyard 587 milyon manatdır.
Elxan Salahov

Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44