1,3 ton saxta kolbasa məhv edildi
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “AY-MİN” MMC-yə 1,3 ton kolbasa məmulatını məhv edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bir müddət əvvəl Dövlət Xidməti tərəfindən Sumqayıt şosesi, 14-cü km ünvanında fəaliyyət göstərən “AY-MİN” MMC-də yoxlama aparılmışdı. Yoxlama zamanı müəssisədə istehsal edilən kolbasa məmulatlarının üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, kolbasa məmulatlarının uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edildiyi, habelə kolbasa istehsalı və qablaşdırılmasında mənşəyi bəlli olmayan rəngləyici maddələr və qablaşdırma materiallarından istifadə olunduğu aşkarlanmışdı.
Bununla əlaqədar, uyğunluq və gigiyenik sertifikatları olmayan kolbasa məmulatlarının istehsalı və satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkələrinə paylanmış malların geri yığılması, müəssisənin anbarında olan yararsız malların məhv edilməsi barədə “AY-MİN” MMC-yə icrası məcburi göstəriş verilib. Artıq müəssisənin anbarında satışı dayandırılmış 1,3 ton kolbasa məmulatı, həmçinin 20 kiloqram rəngləyici maddələr, qablaşdırma materialları və 49,1 kioqram etiket müvafiq qaydada məhv edilib.
Həmçinin haqsız rəqabətə yol verdiyinə görə “AY-MİN” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan nefti bahalaşdı
9 avqust 2025 , 08:36
Hazır mənzil axtaranlara əla xəbər: Nərimanovda köç-yaşa, 4 otaq mənzillər satışda - "Kristal!"
8 avqust 2025 , 14:46
Bakının bu ərazilərində işıq olmayacaq
8 avqust 2025 , 11:59
Azərbaycanda elektrik enerjisinə tələbat rekord həddə çatdı
8 avqust 2025 , 11:05
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47