TBC Kredit ilin 9 ayı üzrə fəaliyyətinin nəticələrini açıqladı
Hesabat dövrünə əsasən kompaniyanın kredit portfeli 2009-cu ilin göstəriciləri ilə müqayisədə təqribən 20% artmışdır. 1 oktyabr 2010-cu ilin müvafiq göstəricilərinə əsasən kredit portfeli artaraq 1785 aktiv kreditlə 19,5 mln. dollara çatmışdır. Portfelin 56%-ni biznes, 29%-ni ipoteka və 16%-ni istehlak kreditləri təşkil edir.
Təşkilatın kredit portfelinin artması hər şeydən əvvəl keçən il ilə müqayisədə kreditlər üzrə daha əlverişli şərtlərin təklif edilməsi hesabına əhaliyə verilən kreditlərinin həcminin artmasından irəli gəlir. Bütün kredit növləri üzrə faiz dərəcələri aşağı salınmış və verilən kreditlərin məbləğinin həcmi artırılmışdır. Bu faktorun sayəsində təklif edilən kreditlərin bazarda rəqabət qabiliyyətliliyi artmışdır.
Bununla yanaşı, TBC Kredit müştərilərinə təklif edilən kredit məhsullarının çeşidinin artırılmasına xüsusi diqqət ayırır. Belə ki, məzuniyyətin qızğın dövründə TBC Kredit yeni “Səyahətlər kreditlə” məhsulunu təklif etdi. Həmçinin, kompaniyanın müştəriləri olan və kreditə təkrar müraciət edənlər üçün xüsusi kreditləşdirmə proqramı hazırlanır.
Kreditləşdirmənin həcminin artırılması və şərtlərinin yaxşılaşdırılması bazarda yaranan sabitlik və beynəlxalq maliyyə təşkilatları tərəfindən əlavə maliyyələşdirmə hesabına mümkün olmuşdur. İlin birinci hissəsində TBC Kredit 2009-cu ilin noyabrında təsdiq olunmuş 12 mln.dollar məbləğində, uzunmüddətli kredit çərçivəsində OPİC-dən (Overseas Private Investment Corporation, USA) 2 mln.dollar həcmində kreditin birinci hissəsini almışdır. Noyabrın sonunadək növbəti tranşın alınması gözlənilir.
TBC Kredit sahibkarlıq fəaliyyəti göstərən qaçqın və məcburi köçkünlərə mikrokreditlərin verilməsi ilə məşğul olan “Kömək Kredit” bank olmayan kredit təşkilatına 2009-cu ildən etibarən kömək edir. Həmçinin, TBC Kredit mövcud kateqoriyadan olan Azərbaycanın biznesmenlərinə sahibkarlıq fəaliyyətinin inkişafı üçün də köməklik göstərir.
TBC Kredit Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən etibarən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından etibarən kompaniyanın 75%-i Gürcüstanın aparıcı bankı TBC Banka və 25%-i ShoreBank International Ltd.-yə məxsusdur.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28