Nar Mobile Xınalıq kəndini mobil rabitə ilə təmin edir - FOTO
21 oktyabr 2010 11:40 (UTC +04:00)

Nar Mobile Xınalıq kəndini mobil rabitə ilə təmin edir - FOTO

Oktyabrın 19-da “Nar Mobile-la Səsiniz Hər Yerdə Eşidilsin!” kampaniyası çərçivəsində Quba rayonunun Xınalıq kəndində Nar Mobile rəhbərliyinin yerli sakinlərlə görüşü keçirilib.

Tədbir zamanı Nar Mobile adından Xınalıq kəndinin hər bir ailəsinə 1 ədəd mobil telefon və 1 Nar Mobile nömrəsi hədiyyə olunub. Bütövlükdə Xınalıq kəndində və onun ətrafında keyfiyyətli şəbəkə infrastruktur yaradılıb və 200-dən artıq ailəyə mobil telefon və nömrə pulsuz paylanılıb. Görüş zamanı şirkətin Korporativ Əlaqələr departamentinin rəhbəri Elşad Fərzəliyev çıxış edərək, deyib: “Mobil rabitə bazarında cəmi 3 il fəaliyyətinə rəğmən, Nar Mobile abunəçilərə ən sərfəli qiymətlərlə tam keyfiyyətli şəbəkə xidməti göstərməkdədir. Azərbaycanın hətta ən ucqar guşələrində belə Nar Mobile şəbəkəsinin yüksək keyfiyyətlə işləməsi şirkətimizin böyük uğurudur. Biz hər zaman bütün abunəçilərimiz barədə düşünür, onlara keyfiyyətli xidmət və sərfəli qiymətlər təqdim edirik”.

Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Xanımsona Ələkbərova qış aylarında hava şəraiti ilə əlaqədar olaraq Xınalıq kəndinin şəhərlə əlaqəsinin kəsilməsi səbəbindən, Xınalıq kəndində mobil rabitənin olmasının vacibliyini xüsusilə qeyd edib. O, həmçinin Azərbaycan Respublikasının Regionlarının Sosial-İqtisadi İnkişafı və Rabitə və İnformasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramlarına müvafiq olaraq ucqar rayonlarda belə keyfiyyətli və mümkün ola bilən rabitə əlaqənin mövcudluğunu da əlavə edib. Daha sonra Xınalıq sakinləri onlara göstərilən bu dəstəyə, uğurlu iş fəaliyyətinə və sərfəli danışıq qiymətləri tətbiq etdiyinə görə Nar Mobile-a kənd əhalisi adından minnətdarlıq bildirib.

“Nar Mobile-la Səsiniz Hər Yerdə Eşidilsin!” kampaniyasının məqsədi Nar Mobile-ın Azərbaycan ərazisinin 80%-ni əhatə edən yüksək keyfiyyətli şəbəkəyə malik olmasını və etibarlı rabitə xidmətləri göstərməsini əhaliyə çatdırmaqdır.

Zəngin mədəni irsi müasirliklə birləşdirərək, özündə təzahür etdirən Nar Mobile mobil operatoru 2007-ci ildə fəaliyyətə başlayıb. Bu gün Nar Mobile şəbəkəsindən 1 500 000 qədər abunəçi istifadə edir və bu rəqəm günbəgün artmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353

Oxşar yazılar