“Qanlı göl” nəzarətə götürülüb
2010-cu ilin III rübü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə (439-18-63, 438-13-35) tullantıların qalaqlanması və yandırılması ilə bağlı 20 müraciət daxil olub. Bütün müraciətlər nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müraciətlərdən 3-ü Binəqədi, 1-i Nəsimi, 2 Sabunçu, 1-i Xəzər, 3-ü Xətai, 2-si Nizami, 1-i Suraxanı, 1-i Yasamal rayonundan, 1-i Sumqayıt şəhərindən, yerdə qalanı isə digər rayon və şəhərlərdən daxil olub.
Nazirlikdə bildirirlər ki, müraciətlərdən biri Yasamal rayonu ərazisində yerləşən “Qanlı göl”ün ətrafında tullantıların yığılaraq yandırılması haqqında olub. Bu müraciət şikayətçi və 22 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisinin iştirakı ilə araşdırılıb. Araşdırma zamanı əraziyə tikinti və məişət tullantılarının atıldığı müəyyənləşsə də, yandırılma faktı qeydə alınmayıb. Bununla əlaqədar nazirliyin əməkdaşları tərəfindən edilən ciddi xəbərdarlıqdan sonra 22 saylı MKİS tərəfindən həmin ərazi dərhal tullantılardan təmizlənib. Ərazi nazirlik tərəfindən nəzarətə götürülüb.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan nefti bahalaşdı
9 avqust 2025 , 08:36
Hazır mənzil axtaranlara əla xəbər: Nərimanovda köç-yaşa, 4 otaq mənzillər satışda - "Kristal!"
8 avqust 2025 , 14:46
Bakının bu ərazilərində işıq olmayacaq
8 avqust 2025 , 11:59
Azərbaycanda elektrik enerjisinə tələbat rekord həddə çatdı
8 avqust 2025 , 11:05
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47