Abunəçilərin “Azərenerji”yə 1,6 milyard manat borcu var
Hazırda elektrik enerjisi istehlakçılarının “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 1,6 milyard manat borcu var.
Lent.az-ın məlumatına görə, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlər üçün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, borcların 1 milyard manatı əhali qrupu abonentlərin, 600 milyon manatı isə dövlət qurumlarının payına düşür.
Etibar Pirverdiyev bildirib ki, hazırda respublikada elektrik enerjisindən istifadə haqları 92 faiz təşkil edir. Onun sözlərinə görə, 3-4 il əvvəl bu rəqəm indikindən bir neçə dəfə aşağı olub: “Biz “Smartkart” tipli elektrik sayğaclarını Gəncə şəhərində quraşdırmağa başlayarkən buradakı abonentlərdən yığım səviyyəsi maksimum 15 faiz təşkil edirdi. İndi Gəncədə istifadə olunan elektrik enerjisinin dəyəri 100 faiz ödənilir. Üstəlik bu şəhərdə enerji təminatı da əhəmiyyətli şəkildə gücləndirilib və indi Gəncədə elektrik enerjisi problemi yoxdur”.
“Azərenerji”nin rəhbəri Nazirlər Kabinetinin qərarı ilə silinmiş borclara da aydınlıq gətirib. Onun sözlərinə görə, həmin qərarla “Azərenerji”nin 1,5 milyard manat borcu silinib. Bu borcların demək olar ki, hamısı kolxoz və sovxozların “Azərenerji”yə olan borclardan ibarətdir.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan nefti bahalaşdı
9 avqust 2025 , 08:36
Hazır mənzil axtaranlara əla xəbər: Nərimanovda köç-yaşa, 4 otaq mənzillər satışda - "Kristal!"
8 avqust 2025 , 14:46
Bakının bu ərazilərində işıq olmayacaq
8 avqust 2025 , 11:59
Azərbaycanda elektrik enerjisinə tələbat rekord həddə çatdı
8 avqust 2025 , 11:05
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47