DəmirBank PrivatMoney sistemi ilə pul köçürmə xidmətləri göstərməyə başlayıb
18 oktyabr 2010 13:08 (UTC +04:00)

DəmirBank PrivatMoney sistemi ilə pul köçürmə xidmətləri göstərməyə başlayıb

PrivatMoney sistemi ilə Rusiya, Ukrayna, Belarus və digər MDB ölkələri, eləcə də Böyük Britaniya, İtaliya, Portuqaliya, Çexiya və Kipr daxil olmaqla 15-dək ölkə üzrə əhali pul vəsaitini göndərə və ala bilər. PrivatMoney sistemi müştərilərə ABŞ dolları və avro valyutalarında 7 – 10 dəqiqəyə köçürməni həyata keçirməyə imkan verir.

“Bankda təcili pul köçürmə xidmətlərinin inkişafı strategiyasında bu xidmətlərin çeşidinin artırılması xüsusi yer tutur. PrivatMoney sisteminə qoşulma köçürmə xidmətləri üzrə Bankın imkanlarını genişləndirir. DəmirBank hazırda Western Union, Contact, Bıstraya Poçta, Zolotaya Korona, Coinstar, Blizko və PrivatMoney sistemləri üzrə pul köçürmələri həyata keçirir, bu isə 200-dək ölkəni əhatə etməyə imkan verir. DəmirBank özünün Şimşək sistemi ilə də ölkədaxili pul köçürmələri həyata keçirir. Bank yaxın gələcəkdə daha bir neçə sistemə qoşulmaq üçün iş aparır” – deyə Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank-ın hazırda Bakı və regionlarda 29 filialı təcili pul köçürmə xidmətlərini göstərir. Ölkənin müxtəlif bölgələrində müvafiq olaraq Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli filialları fəaliyyət göstərir.

Əhali banka gəlməzdən əvvəl evdən və ya ofisdən 149 telefon nömrəsi ilə DəmirBank-ın Telefon Məlumat Mərkəzinə zəng etməklə ona göndərilmiş pul köçürməsinin daxil olmasını və müvafiq filialı dəqiqləşdirə bilər.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar