Saxta kabel və naqillərin satışı dayandırıldı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Azərgöktel” MMC-yə məxsus istehsalat sahəsində istehsal edilən saxta kabel və naqillərin satışını dayandırıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Ramana qəsəbəsində Ramana qəsəbəsində yerləşən istehsalat sahəsində aparılan yoxlama zamanı naqillərin “Siemens” və Türkiyə istehsalı olan “Alkan Kablo” adı ilə markalandığı üzə çıxıb. Bununla da istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi, elektrik kabel və naqillərinin uyğunluq sertifikatının olmadığı müəyyən edilib.
Yoxlama zamanı həmçinin, etiketlənməsi normativ sənədlərin tələblərinə uyğun olmayan 92,4 min metr elektrik naqilləri və məhsulların qablaşdırılmasında istifadə edilən 191,3 kiloqram saxta bükmə materialı aşkarlanıb. Yol verilmiş qanun pozuntuları ilə əlaqədar kabel və naqillərin istehsalı və satışının dayandırılması, naqillərin qablaşdırılmasında istifadə edilən 191,3 kiloqram saxta bükmə materiallarının məhv edilməsi barədə “Azərgöktel” MMC-yə icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə araşdırmalarını davam etdirir.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18