Polietilen paкет: faydası və zərəri
Polietilen paketi və onun istifadəsinin fəsadlarına dair sosioloji sorğunun nəticələri açıqlandı
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi polietilen paketi və onun istifadəsinin fəsadları haqqında paytaxt sakinləri arasında sorğu keçirib. 186 respondentlərdə müsahibə üsulu ilə aparılan rəy sorğusunda iştirakçıların seçimi yaşadıqları binalarının növünə və mərtəbəyə görə aparılıb.
Mərkəzdən Lent.az-a verilən məlumata görə, sorğuda iştirak edənlərin 23,9 faizi kişi, 76,1 faizi isə qadınlar olub. Rəyi soruşulanlar paketlərin su və nəmişliyə davamlılığı (51,8%), gəzdirmək üçün rahatlığı, yüngüllüyü və təhlükəsizliyi (40,9%), mağazalarda pulsuz verilməsi, özünlə bazarlığa gedəndə aparmaq lazım olmaması (39,4%), ucuzluğu (35,2%), elastikliyi və möhkəmliyi (18,6%), zibil yığmaq üçün əlverişliliyi (18,3%), mədəni servis xidmətinin göstəricisi olduğu (14,9%), ərzaq və digər məhsulların ayrı-ayrı yığılması üçün konteyner qismində istifadəsi (13,2%) kimi amilləri qeyd ediblər. Respondentlərin 2,1 faizi “heç bir xeyri yoxdur” cavabını veriblər, 12,0 faizi isə bu barədə münasibətlərini dəyərləndirə bilməyib. Sorğu iştirakçılarının 87,9 faizi polimer məhsulların istifadəsinin ətraf mühit və insan sağlamlığına mənfi təsirini, 12,1 faizi isə bu istifadənin fəsadlarına dair məlumatlı olmadıqlarını bildiriblər.
Zərəri qeyd edən respondentlərin 74,8 faizi paketlərin ətraf mühiti çirkləndirdiyini və artıq məişət tullantılarının əhəmiyyətli komponentinə çevrildiyi qənaətindədir. 46,3 faizi polimer materiallarının tərkibinə daxil olan kimyəvi birləşmələrinin sağlamlığa mənfi təsir göstərdiyini, 35,5 faizi paketlərin zibillə birlikdə yandırılması zamanı havaya zəhərli birləşmələrin ayrılmasını və başqa (11,0%) amilləri göstəriblər.
Sorğu zamanı polietilen paketlərin təbiətdə parçalanmasına 100 ildən çox müddətin tələb olunması barədə rəyi soruşulanların 38,2 faizi məlumatlı olduqlarını, 21,7 faizi bunu güman etdiklərini, 40,1 faizi isə bilmədiklərini söyləyib. Respondentlərin polietilen paketlərinin təkrar emalının edilməməsi və ya çətinliklə başa gəlməsi barədə məlumatlı olması öyrənildikdə rəyi soruşulanların 20,3 faizinin tam məlumatlı, 24,5 faizinin qismən məlumatlı, 55,2 faizinin isə məlumatsız olduqları müəyyən edilib.
Polietilen paketləri yandırıldıqda ətraf mühitin zəhərli birləşmələrlə çirklənməsi haqda 75,2 faiz respondent xəbərdar olduğunu, 12,3 faizi bu barədə nə isə eşitdiyini bildirib, 12,5 faizi isə ümumiyyətlə, məlumatlı olmadığını deyiblər. Polietilen paketlərindən imtina edərək parça və ya kağız paketlərdən istifadə etməyə razı olmaları sualına respondentlərin 41,6 faizi müsbət cavab verib, 15,6 faizi bunu müəyyən şərtlərlə etməyə hazır olduqlarını bildirmiş, 20,5 faiz respondent razı olmayıb, 14,1 faizi isə bunun mümkün olmadığını qeyd edib. Rəyi soruşulanların 7,9 faizi münasibətlərini bildirməkdə çətinlik çəkib.
Beləliklə, polietilen paketlərdən imtina yalnız müəyyən tədbirlərin həyata keçirilməsi şərtilə mümkün ola bilər. Lakin uzun illər ərzində istifadəsinə öyrəndiyimiz paketlərdən imtina etmək heç də asan iş olmayacaq, çünki bu paketlər məişətimizdə əhəmiyyətli rol oynayırlar. Bunu həm imtina etməyə razılıq verən, həm də razılıq verməyən respondentlərin cavablarından görmək olar.
İfadələr İmtinanın əleyhinə İmtinanın lehinə
Kağız paketlər davamsızdır 37,1% 0,0%
Parça torbanı özünlə gəzdirməlisən 28,6% 0,0%
Polietilen paketlərə öyrəşmişik 14,3% 5,3%
Kağız paketlər və parça torbalar bahadır, mağazalarda verilməli və ya ucuz qiymətə satılmalı, pulsuz verilməlidir 11,4% 58,4%
Yalnız parça torbalara, kağız paketə görə meşələr qırılacaq 5,7% 15,4%
Parça torbalar çatmayacaq 2,9% 0,0%
Zibilin yığılması üçün polietilen paketlər paylanılmalıdır 0,0% 16,0%
Polietilen paketsiz alınmayacaq: zibilin yığılması, xörək qalıqlarının yığılması üçün 0,0% 4,9%
Elxan SALAHOV

632