Pulsuz bələdiyyə, özünü güclümü sanırsan? – ARAŞDIRMA
Maliyyə Nazirliyinin rəsmisi: “Gərək bələdiyyəyə status verilsin ki, onlar məktəblərin, uşaq bağçalarının, yolların təmiri ilə məşğul ola, dövlətdən maliyyə ala bilsin”
Bələdiyyələrin maliyyə imkanları onların qarşısına qoyulan tələblərlə uyğun olmaması narahatlıq yaradır. Lent.az bu məsələ ilə bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, yerli özünü idarəetmə orqanları üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün kifayət qədər maliyyə imkanlarına malik deyil. Bu fikri təkcə bələdiyyə sədrləri yox, müstəqil ekspertlər və müvafiq dövlət qurumlarının rəsmiləri də təsdiqləyir.
Maliyyə Nazirliyinin büdcə idarəsinin rəisi Fazil Fərəcov Lent.az-a bildirib ki, bələdiyyələrin illik büdcəsi bu qurumların sosial proqramların icrasında iştirak etməyə imkan vermir. Onun sözlərinə görə, hazırda bələdiyyə büdcəsinin 90 faizə qədəri bu qurumların özünün saxlanmasına yönəldilir: “Bələdiyyələrin yerli əhəmiyyətli layihələr həyata keçirə bilməsi üçün əvvəlcə onların səlahiyyətləri artırılmalıdır. Çünki sosial obyektlər icra hakimiyyəti orqanlarının səlahiyyətindədir və bu müəssisələrin rəhbərləri bələdiyyələrin orada hansısa təmir işləri aparmasına da razı olmaz”.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə bildirir ki, bələdiyyələrin fəaliyyət göstərdiyi 10 il ərzində bu qurumların maliyyə imkanlarının artırılması istiqamətində addımlar atılmayıb. Əksinə, proseslər daha çox bələdiyyələrin maliyyə imkanlarının məhdudlaşmasına yönəlib. Məsələn, 2006-cı ildən yol vergisi bələdiyyələrdən alınaraq, dövlət büdcəsinə keçirilib və bu, bələdiyyələrin büdcəsinə mənfi təsir göstərib.
Xatırladaq ki, “Büdcə sistemi haqqında qanun və bələdiyyələrin maliyyə əsasları haqqında qanunda” qanuna əsasən, icra hakimiyyətinin qərarları nəticəsində bələdiyyələrin büdcə xərcləri artarsa və ya büdcə gəlirləri azalarsa, həmin artım və azalma səviyyəsində bu qurumlara kompensasiya verilməlidir. Lakin 2006-cı ildə yol vergisi bələdiyyələrin səlahiyyətindən alınarkən bələdiyyələrə kompensasiya verilməyib.
Samir Əliyev deyir ki, yol vergisi büdcəyə qaytarıldıqdan sonra bələdiyyələr illik büdcəsini yalnız torpaq satışından əldə etdikləri gəlirlər hesabına formalaşdırmaq məcburiyyətində qalıb: “Tədricən torpaq satışından əldə olunan gəlirlər bələdiyyələrin maliyyə resurslarının əsasını təşkil etməyə başladı. 2002-ci ildə torpaq satışından əldə olunan gəlirlər bələdiyyələrin büdcəsinin 17,5 faizini təşkil edirdisə, 2007-ci ildə bu rəqəm 72 faizədək yüksəlib”.
Samir Əliyevin hesablamalarına görə, yol vergisinin bələdiyyələrdən alınması bu qurumların büdcəsinin 30-50 faiz azalmasına gətirib çıxarıb. Xatırladaq ki, yol vergisi 2000-2005-ci illər ərzində bələdiyyələrin səlahiyyətində olub. 2006-cı ildən isə bu maliyyə mənbələri bələdiyyələrdən alınaraq büdcəyə verilib.
Hərrac və müsabiqələr bələdiyyələri kasıblaşdırdı
Torpaq satışının yeni qaydaları da bələdiyyənin büdcəsinə mənfi təsir göstərib. Belə ki, ölkə başçısının 2007-ci ildə imzaladığı fərmanla bələdiyyə torpaqlarının hərrac və müsabiqələr yolu ilə satışının təşkili qaydalarının hazırlanması üçün Nazirlər Kabinetinə 2 ay vaxt verilmişdi. Lakin 2007-ci ilin noyabrında prezidentin imzaladığı fərmandan sonra həmin ilin dekabrın 1-dən torpaq satışı dayandırıldı. Yalnız 2009-cu ilin aprelindən ilk hərrac keçirilib. Bu dövr ərzində bələdiyyələrin büdcəsi kəskin surətdə aşağı düşüb.
Yeri gəlmişkən, Azərbaycan bələdiyyələri fəaliyyət göstərdiyi müddət ərzində ən yüksək gəliri 2007-ci ildə götürüb. Həmin il ölkə üzrə bələdiyyələrin ümumi büdcəsi 50 milyon manat təşkil edib. Torpaqların hərrac və müsabiqələr yolu ilə satışına dair qərardan sonra isə yerli özünü idarəetmə qurumlarının büdcəsi kəskin şəkildə azalıb. Belə ki, 2007-ci ildə bələdiyyələrin ümumi büdcəsi 50 milyon manat olduğu halda, 2008-ci ildə bu rəqəm 43,2 milyon manata, 2009-cu ildə 26,7 milyon manata enib.
Büdcə sənədlərindən də görünür ki, 2009-cu ildə ölkə üzrə bələdiyyələrin ümumi büdcəsi 26,7 milyon manat olub. Bu isə hər bələdiyyə ə orta hesabla 9700 manat düşür. Bundan ən böyük bələdiyyələrin yerləşdiyi Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərini çıxsaq, digər bələdiyyələrin illik büdcəsi təxminən 4000-5000 manat olub. Bu məbləği isə 12 aya bölsək, hər aya təxminən ən yaxşı halda 400 manat düşür. Belə olan halda aylıq büdcəsi 400 manat olan bələdiyyənin hansı işlər görə biləcəyini təsəvvür etmək elə də çətin deyil.
Samir Əliyev deyir ki, Azərbaycanda bələdiyyələrin büdcəsi 4 vergi (fiziki şəxslərdən torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, bələdiyyə müəssisələrindən mənfəət vergisi, yerli əhəmiyyətli tikinti materiallarından mədən vergisi) 7 qeyri-vergi (torpaq satışı, dotasiya, subsidiya, subvensiya, lisenziya və sair) mənbələrdən formalaşır. Onun sözlərinə görə, təcrübədə bələdiyyə büdcəsinin əsas ağırlıq hissəsi torpaq vergisi, əmlak vergisi, torpaq satışından əldə olunan gəlir və dotasiyaların üzərinə düşür. Həmin 4 mənbə arasında isə torpaq satışı daha çox üstünlük təşkil edir. Hazırda vergi daxilolmaları bələdiyyələrin ümumi büdcəsinin ən yaxşı halda 30-40 faizi səviyyəsindədir.
7 faizlik dotasiya
Azərbaycanda bələdiyyələrin maliyyə imkanlarının artırılmasında dotasiyaların rolu böyükdür. Bütün dünyada belə yardımlar verilir. Ayrı-ayrı ölkələrdə dövlət yardımlarının, yəni dotasiyaların bələdiyyələrin ümumi büdcə gəlirlərində payı 50 faizdən yüksəkdir. Hazırda Skandinaviya ölkələrində, postsovet ölkələri olan Estoniyada bu göstərici 50 faizdən də yuxarıdır. Azərbaycanda isə dövlətin ayırdığı dotasiya bələdiyyələrin ümumi büdcəsinin 7 faizi faizini təşkil edir.
Yeri gəlmişkən, maliyyə yardımlarına məqsədsiz, o cümlədən dotasiyalar, məqsədli vəsaitlər və paylı vergilər daxildir. Yəni bələdiyyələr əsasən, bu 3 yardım növündən istifadə edə bilər. Ancaq Samir Əliyevin fikrincə, Azərbaycan qanunvericiliyində bələdiyyələr üçün məqsədli vergilərin verilməsini nəzərdə tutmur. Azərbaycanda bələdiyyələrə verilən dotasiyaların həcmi isə 3,5 milyon manatdır və bu, büdcə gəlirlərinin təxminən 7 faizini təşkil edir.
Üstəlik dotasiyaların verilməsi mexanizmində də problemlər var. Qanunvericiliyə əsasən, bələdiyyələrə dotasiyalar əhalinin sayına və özünüidarə qurumlarının maliyyə imkanlarının ölkənin ümumi maliyyə vəziyyətindəki payına görə verilir. İndiyədək aparılmış tədqiqatlar isə bu meyarlara da əməl edilmədiyini göstərir. Belə ki, bir qayda olaraq, bələdiyyələr 1000 manat civarında dotasiya alır. Ancaq bələdiyyələrin təxminən 10 faizə qədərinə (iri şəhər bələdiyyələri) bir qədər yüksək məbləğdə dotasiya verilir. Məsələn, Mingəçevir bələdiyyəsinin aldığı dotasiyalarının məbləği təxminən 25-26 min manat təşkil edir. Bakı bələdiyyələrində bu məbləğ Mingəçevirlə müqayisədə xeyli azdır. Ümumilikdə isə bələdiyyələrin 90 faizə qədərinin aldığı dotasiyaların həcmi 1000 manat civarındadır. Hətta kənd yerlərində 920-950 manat dotasiya alan bələdiyyələr var.
Ayrı-ayrı rayon və şəhərlər üzrə bələdiyyələrə ayrılan dövlət yardımlarının bölgüsünə nəzər yetirdikdə isə daha maraqlı mənzərənin şahidi oluruq. Rəqəmlərdən də görünür ki, 2007-ci ildə orta hesabla hər bələdiyyəyə düşən dotasiyanın həcminə görə şəhərlər üstünlük təşkil edir. Məsələn, 2007-ci ildə orta hesabla Mingəçevir bələdiyyəsi 27.200, Gəncə 19.533, Sumqayıt 10.567, Şirvan 8.550, Bakı bələdiyyəsi isə 8063 manat dotasiya alıb. Ölkə üzrə orta göstərici 1270 manat olub. Adambaşına düşən dotasiyanın həcminə görə vəziyyət əksinə dəyişir. Burada artıq şəhər bələdiyyələri axıra keçir. Adambaşına düşən dotasiyanın həcminə görə Xızı rayonu (1,84 manat) liderlik edir. Lerikdə uyğun olaraq 1,26, Daşkəsəndə 1,11, Yardımlıda 1,05, Abşeronda isə 1,04 manat olub. 2007-ci ildə ölkə üzrə bələdiyyələrə adambaşı 41 qəpik xərclənib. Şəhərlərdə bu göstərici daha acınacaqlıdır. Mingəçevirdə 28 qəpik, Şirvanda 23 qəpik, Bakıda 22 qəpik, Gəncədə isə 20 qəpik olub. Halbuki Bakı şəhəri ümumilikdə dövlətdən aldığı dotasiyanın həcminə görə liderdir.
Yeri gəlmişkən, 2000-ci ildə bələdiyyələr dövlət büdcəsindən 3,6 milyon, 2001-ci ildə 2,1 milyon, 2002-ci ildə 5 milyon, 2003-cü ildə 1 milyon, 2004-2005-cü illərdə 2 milyon, 2006-cı ildə 3 milyon, son illər isə 3,5 milyon manat ayrılıb. Maraqlıdır ki, büdcənin ilbəil artımı fonunda transfertlərin həcmi sabit qalır. Belə ki, 2000-ci ildə həmin dotasiyaların dövlət büdcəsinin xərclərində payı 0,47 faiz idisə, hazırda bu rəqəm kəskin azalaraq 0,03 faizə düşüb. Bu azalma dotasiyaların yerli büdcələrdə payında da özünü göstərib. 2002-ci ildə bələdiyyə büdcələrin 39 faizini dotasiyalar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 6 dəfə azalaraq 6,5 faizə düşüb.
Problemi necə həll etmək olar?
Samir Əliyev deyir ki, dotasiya bələdiyyələrə büdcə gəlirləri ilə büdcə xərcləri arasında tarazlıq yaratmaq məqsədilə verilir. Ancaq Azərbaycanda dotasiyalar verilərkən bələdiyyələrdən həmin vəsaitləri hansı istiqamətə xərcləndiyi barədə sənəd tələb olunur. Ekspertin fikrincə, bu, düzgün deyil və dotasiyaların hara xərcləndiyi barədə bələdiyyələrdən sənəd tələb olunmamalıdır. Onun sözlərinə görə, dövlət tərəfindən ayrılan maliyyə yardımların verilməsi mexanizmləri təkmilləşdirilməlidir. Bura həm məqsədli yardımların, həm də paylı vergilərin verilməsi daxildir.
Bundan başqa, ekspertlər hesab edir ki, torpaq hərraclarının keçirilməsi mexanizmləri də təkmilləşdirilməlidir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli hesab edir ki, hərraca və müsabiqəyə çıxarılan torpaqlar müstəqil qiymətləndiricilər tərəfindən qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu, torpaqların real bazar qiymətlərinə uyğun satılmasının təşkili üçün çox vacibdir. Amma hazırda bələdiyyə torpaqları real bazar qiymətindən dəfələrlə aşağı qiymətə satılır.
Vüqar Tofiqli bildirib ki, bələdiyyələrin maliyyə imkanlarının artırılmasının bir yolu da yerli özünü idarəetmə orqanlarının səlahiyyətlərinin artırılmasından keçir. Onun sözlərinə görə, həyata keçirilən bir sıra dövlət proqramlarının icrasına bələdiyyələr də cəlb olunmalıdır. Məsələn, məktəblərin, xəstəxanaların tikintisi və təmiri, yerli əhəmiyyətli avtomobil yollarının, park və xiyabanların yenidən qurulması işi bələdiyyələrə həvalə oluna bilər. Bunun üçün nəzərdə tutulan maliyyə xərcləri də bələdiyyələrə ayrılmalıdır.
Samir Əliyev isə hesab edir ki, bələdiyyələr əlavə səlahiyyətlər verilməsə, 2010-cu ildə yerli özünü idarəetmə orqanlarının ümumi büdcəsi 26,7 milyon manatdan 20 milyon manatadək azalacaq. Çünki əlavə səlahiyyətlərin verilməməsi bələdiyyələrin həm də yeni maliyyə mənbələri qazana bilməməsi deməkdir.
Maliyyə Nazirliyi də bələdiyyələrə səlahiyyət verilməsini istəyir
Maliyyə Nazirliyinin büdcə idarəsinin rəisi Fazil Fərəcov isə deyir ki, bələdiyyələrə məqsədli vəsaitlərin ayrılması üçün bu qurumların səlahiyyət məsələsinə yenidən baxılmalıdır. İndiki qaydalar bələdiyyələrə məqsədli maliyyə vəsaitlərinin verilməsini nəzərdə tutmur: “Məqsədli maliyyə vəsaitləri almaq üçün bələdiyyənin gərək hüququ olsun. Bələdiyyənin mülkiyyətində heç nə yoxdursa, nəyə müraciət etsin? Məktəb, xəstəxana, yol – hamısı dövlətin səlahiyyətindədir”.
İdarə rəisinin fikrincə, məqsədli yardım o halda verilə bilər ki, bələdiyyənin hansısa işi görməyə hüququ olsun. Onun sözlərinə görə, bələdiyyələrin mülkiyyətində bələdiyyə müəssisəsindən başqa heç nə yoxdur və bu səbəbdən özünüidarə orqanları dövlətdən maliyyə vəsaitləri ala bilmir: “Gərək bələdiyyəyə status verilsin ki, onlar məktəblərin, uşaq bağçalarının, yolların təmiri ilə məşğul ola bilsin. Yaxud da kommunal xidmətlər. Gərək bunlar bələdiyyələrə verilsin ki, bələdiyyə müraciət edəndə dövlət onlara maliyyə yardımı ayırsın”.
Maliyyə Nazirliyinin rəsmisi qeyd edib ki, “Büdcə sistemi haqqında” qanunda bələdiyyələrə dotasiya, subvensiya, subsidiyaların verilməsi nəzərdə tutulur. Ancaq bələdiyyələrin statusu olmadığından Maliyyə Nazirliyi onlara vəsait ayıra bilmir: “Bizim gücümüz ona çatır ki, subsidiyanı imkansız bələdiyyələrə verək. Düzdür, bəzi bələdiyyələr onların balansında olan parkların təmirinə vəsait ayrılması üçün müraciət edirlər. Biz onlara imkan daxilində kömək edirik. Başqa elə bir imkan yoxdur”.
Araşdırma boyu rəyini öyrəndiyimiz ekspertlər bir fikri dönə-dönə vurğulayırlar ki, indiki halda bələdiyyəyə yol təmiri, məktəb və ya xəstəxana tikintisi üçün vəsait ayrılması vacibdir. Çünki Azərbaycanda bələdiyyələrin 90 faizi kənd bələdiyyələridir və onların illik büdcəsi 4000-5000 manatdan yuxarı deyil. Bu halda bələdiyyələrin bir struktur kimi formalaşmasına, onun yerlərdəki sosial problemlərin həllində fəal iştirakına dövlət dəstəyinin nə qədər əhəmiyyətli olduğunu sübut etməyə ehtiyac qalmır.
P.S. Yazı “Yerli Demokratiyaya Dəstək” QHT Koalisiyası tərəfindən elan olunmuş müsabiqəyə təqdim olunur
Elxan SALAHOV

776