Türkiyə və Azərbaycan tranzit məsələsində anlaşdı
Təbii qazın Türkiyə üzərindən Avropa bazarlarına çıxarılmasının 3 əsas şərti razılaşdırılıb
Azərbaycan qazının Avropa bazarlarına çıxarılması üçün Türkiyə ilə tranzit haqları məsələsi artıq razılaşdırılıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə qardaş ölkənin Enerji və təbii qaynaqlar naziri Taner Yılduz məlumat verib. O, jurnalistlərə açıqlamasında deyib ki, artıq Azərbaycan qazının Türkiyə üzərindən Qərbə daşınması mövzusunda rəsmi Bakı ilə aralarında bəzi mövzularda problemlər qalsa da, əsas məsələ həll edilib.
Taner Yıldız razılaşma mövzularına tranzit qiymətinin də daxil olub-olmadığı barədə suala belə cavab verib: “Bütün mövzular daxil razılaşdıq, detalları söyləməyə ehtiyac yoxdur... Baş nazirimiz, “Azəri qardaşlarımızla olan əlaqəmizin strateji, siyasi və mövcud vəziyyət bu anlaşmaların üzərindədir. Sizin texniki olaraq aranızdakı əyrilikləri, problemləri həll etməniz üçün harada razılaşa bilmədiyinizi mənə söyləyin” dedi. Mən də özünə iki-üç nöqtə ifadə etdim. Hər iki tərəf də addım atdı; həm bazarın sərbəstləşməsi üçün Azərbaycan tərəfinin qoya biləcəyi qatqılar, həm qiymətin məqbul səviyyədə qalıb beynəlxalq bazardan təmizlənilməyəcək tərzdə olması, miqdarın Türkiyənin böyümə sürətlərini irəlidə təmin edəcək nöqtələrə çatması və xüsusilə beynəlxalq arenada keçər bir deyim olan tranzit nəqliyyat tariflərinə hər iki tərəfin hörmət etməsi kimi, 3 təməl mövzuda Baş nazirimizin hakimliyində prinsip qərarını verdik”.
Bununla belə, Türkiyəli nazir razılaşmanın tam şəkildə açıqlanmasının hələ tez olduğunu əlavə edib: “Bir az da gözləyin, bir neçə mövzumuz var. Amma əhəmiyyətli olan gəlinən nöqtədə, prinsip olaraq razılaşma təmin edilməsi və razı qalınmasıdır. Biz Azəri qardaşlarımızla bir nöqtədə görüşə bilməmişdik. Hörmətli Baş nazirin hakimliyinə ehtiyac hiss etdik, o nöqtəni qoydu”.
Ulduz, Azəri qazında üç təməl mövzu olduğunu xatırladıb. Bunlar “Şahdəniz” layihəsinin birinci və ikinci mərhələləri üzrə qiymətlər və nəql olunacaq qazın həcmi barədə müvafiq razılaşmaları nəzərdə tutur. Belə ki, “Şahdaniz-I” çərçivəsində nəql olunacaq qazın həcmi və tranzit haqları “Şahdəniz-II” mərhələsində çıxarılandan fərqli olacaq.
Taner Yıldız prezident İlham Əliyevin “2008-ci ilin aprelindən bu yana Azərbaycan qazı ucuz qiymətlə alınır” şəklində söylədiyi bəyanata da münasibət bildirib: “Bizim özümüzdə bu barədə məlumat qıtlığı var. Amma Azərbaycan qazı ucuz alınmır”.
O, qeyd edib ki, Türkiyə 2008-ci ilin aprelindən bu yana yaranmış fərqi ödəyəcək.
Elxan SALAHOV

830