Beynəlxalq ehtiyatlarımız 275 milyon dollar azalıb
Ötən ilin dekabrında Azərbaycanın beynəlxalq ehtiyatlarının həcmi əvvəlki ayla müqayisədə 274,9 milyon azalaraq 5 milyard 668 milyona düşüb.
Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, ötən ilin noyabrında ehtiyatın həcmi 5 milyard 943 milyon dollar olub. 2009-cu ilin yanvar ayı ilə müqayisədə beynəlxalq ehtiyatların həcmi ilin sonuna 13,6 faiz və ya 773 milyon dollar azalıb. Yanvar ayında bu göstərici 6 milyard 441 milyon dollar təşkil edib.
Beynəlxalq ehtiyatın 5 milyard 365 milyon dolları xarici valyutada yerləşdirilən aktivlər təşkil edir. Ölkənin Beynəlxalq Valyuta Fondundakı ehtiyat mövqeyi 0,1 milyon dollara bərabərdir. SDR-də (xüsusi borclanma hüququ) isə yatırılan vəsaitin həcmi 302,9 milyon dollardır.
Xatırladaq ki, hazırda Azərbaycanın beynəlxalq ehtiyatlarının tərkibinə qızıl yoxdur. Bundan başqa, beynəlxalq ehtiyatlara Neft Fondunun vəsaiti də daxil edilməyib.
Elxan SALAHOV

Oxşar yazılar

"Azəriqaz"ın "Açıq mikrofon"u bu dəfə Balakəndə -FOTO
5 iyul 2022 , 16:35
"Səyyar qəbul otağı" bu dəfə Ağdaş rayonunda quruldu -FOTO
4 iyul 2022 , 17:48
“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu®
4 iyul 2022 , 17:05
Sahibkarlar üçün Mobil POS-da əməliyyatlar hələ də komissiyasızdır®
4 iyul 2022 , 10:19
"Azercell Telecom" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!®
4 iyul 2022 , 10:04
Dünyanın ən bahalı şirkəti məlum oldu
3 iyul 2022 , 16:09
Neftin qiyməti 380 dollara çata bilər - İDDİA
2 iyul 2022 , 18:02