Gəncə Avtomobil Zavodu Belarusla əməkdaşlığı genişləndirir –
Gəncə Avtomobil Zavodunda (GəncAZ) az bir müddət ərzində böyük işlər görülüb və bu müəssisə Azərbaycan-Belarus birgə kooperativ layihələri içərisində ən uğurlularından biridir. «APA-ECONOMICS»in məlumatına görə, bunu Gəncədə səfərdə olan Belarusun baş nazirinin birinci müavini, ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Vladimir Semaşko bildirib.
Müəssisədə yığım sexləri ilə yaxından tanış olan baş nazirin müavini GəncAZ-da istehsal olunan traktor və avtomobillərlə, eləcə də kommunal və kənd təsərrüfatında istifadə ediləcək qoşqu və qurğularla tanış olub.
Müəssisədə yaradılan şəraiti yüksək qiymətləndirən qonaq Azərbaycan-Belarus və Almaniya şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yığılan və zibil tullantılarının daşınması üçün nəzərdə tutulan avtomobilləri də nəzərdən keçirdikdən sonra Gəncədə yeni layihələrin həyata keçirilməsi üçün yaxşı şəraitin olduğunu vurğulayıb. V.Semaşko Belarus traktorları və avtomobillərinin yığıldığı GəncəAZ-da yeni layihənin reallaşdırılmasının vacibliyini qeyd edib: «Traktorların yığılmasından digər kənd təsərrüfatı aqreqatları və «Belarus» traktorunun tərkibində istifadə edilən kənd təsərrüfatı texnikasının bütün kirşələrinin istehsalı ilə kompleks şəkildə istifadə etmək lazımdır. Mən bu səfərim zamanı bu məsələləri yenidən müzakirə edəcəyik. Bundan başqa, əlaqələrin daha da genişləndirilməsini, istehsal sahəsində əməkdaşlığın daha da sıx olmasına çalışacağıq».
V.Semaşko GəncAZ-da olan zaman şəhərarası MAZ avtobuslarının da Gəncədə yığım perspektivləri barədə söhbət olunub. Baş nazirin müavini müasir dizayna və rahatlığa malik avtobusların Gəncədə yığılması təklifini müsbət qarşılayıb.
Qeyd edək ki, GəncAZ-la Minsk Avtomobil Zavodu və Minsk Traktor Zavodu ilə arasında əməkdaşlığı çərçivəsində Gəncə zavodunda müxtəlif növ MAZ avtomobilləri və «Belarus» traktorlarının yığımı davam edir. Belə ki, 2007-ci ilin mart ayından 2012-ci ilin oktyabrın 1-dək GəncAZ-da 4 minə yaxın «Belarus» traktoru və 2 minədək MAZ avtomobili istehsal edilib.
Bundan başqa, «Belaqromaş» və «Dorelektromaş» müəssisələri ilə GəncAZ-ın işbirliyi nəticəsində Azərbaycanda «Belarus» traktorlarına müxtəlif asma və qoşqu avadanlığının istehsalı təşkil olunub. Belə ki, 2010-cu ilin oktyabrın 1-dən 2012-ci ilədək zavodda «Belarus» traktorlarının bazasında, ümumilikdə 34 ədəd ekskavator və asfaltkəsən texnikası, 86 ədəd müxtəlif təyinatlı kommunal texnikası və 50 ədəd müxtəlif kotan və digər kənd təsərrüfatı işlərində istifadə olunan aqreqatlar istehsal olunub.
Xatırladaq ki, 2011-ci ilin aprel ayından Bakıda GəncAZ-ın Marketinq və Servis Müəssisəsi fəaliyyətə başlayıb. Burada zavodda istehsal olunan kənd təsərrüfatı texnikası və avtomobillərin satışı həyata keçirilir, həmçinin təmir və servis xidmətləri göstərilir.
Qeyd edək ki, ötən il GəncAZ ilə Minsk Təkərli Dartıcı Zavodu arasında Gəncədə təkərli dartıcıların yığımının təşkili ilə əlaqədar əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu istiqamətdə müvafiq hazırlıq işləri aparılır. Adı çəkilən avtotexnikanın bəzi texniki xüsusiyyətlərinin dəqiqləşdirilməsi məqsədi ilə mütəxəssislərin nümunə şassisi üzərində fikir mübadilələrinin aparılması üçün yaxın vaxtlarda görüşləri təyin edilib. Gəncə müəssisəsində bu tip avtotexnikanın istehsalı üçün istehsal sahəsi mövcuddur, istehsala uyğun texniki hazırlıq işləri aparılıb.
Bununla yanaşı, hazırda GəncAZ «Amkodor» ASC ilə yerli şəraitdə «Amkodor» məhsullarının yığım istehsalının təşkili barədə müvafiq danışıqlar aparılır. Bundan başqa, şəhərarası MAZ avtobuslarının da Gəncədə yığım perspektivləri araşdırılır və bu yöndə işlər aparılır.

2964