"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan "Marsel"in başına keçəcək.
Lent.az bildirir ki, bu barədə "Marca"nın məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Olimpik” komandanın baş məşqçisi İqor Tudorun “Yuventus”a gedə biləcəyindən ehtiyat edir, ona görə də onun yerinə mümkün əvəzləyici axtarırlar.
Eyni zamanda, Zidanın özü də Turin klubunda işə namizəddir.
Xatırladaq ki, 50 yaşlı çalışdırıcının son komandası 2021-ci ilin yayında tərk etdiyi "Real" olub.