“Yuventus”un transferə çıxardığı futbolçular -  SİYAHI
07 iyul 2022 15:26 (UTC +04:00)

“Yuventus”un transferə çıxardığı futbolçular - SİYAHI

“Yuventus” yay fasiləsində heyətində ciddi dəyişiklik etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Anxel Di Mariya və Pol Poqba ilə anlaşan İtaliya klubu 4 oyunçusunu transferə çıxarıb.

“Qoca sinyora” yarımmüdafiəçilər Adrien Rabyo, Aaron Remsi, Artur Melo və hücumçu Moyse Kinə müştəri axtarışındadır. Yarımmüdafiəçilərin sözləşməsinin sonuna bir il vaxt qalıb. Rəhbərlik onları satmaqla yeni transferlərə büdcə formalaşdırmaq istəyir. Kinin müqaviləsi isə 2025-ci ilə qədərdir.

Qeyd edək ki, Moyze Kinə artıq Premyer Liqaya qayıdan “Nottingem Forest” maraq göstərir.

# 933
avatar

Oxşar yazılar