"Yuventus"un maliyyə direktoru Françesko Kalvo Massimiliano Alleqrinin Turin klubundakı gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb.
“Hədəfimiz ikinci yer və Avropa Liqasının finalıdır. Aydındır ki, Alleqri öz vəzifəsində qalacaq. O, dörd illik müqavilə bağlayıb və vaxtının yarısından az işləyib. O, "Yuventus"la 11 titul qazandırıb, iki dəfə Çempionlar Liqasının finalına çıxıb, hamısı yeddi il ərzində. Buna heç bir şübhəmiz yoxdur", - Lent.az xarici mediaya istinadla bildirir ki, maliyyə direktoru deyib.
Əlavə edək ki, hazırda "Yuventus" 32 oyundan sonra 60 xal toplayaraq İtaliya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.