İtaliyanın “Yuventus” klubu qış transfer dövründə heyətinə yeni hücumçu qatacaq.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi Qratsiano Pelleni sıralarına qatmaqda maraqlıdır.
35 yaşlı veteran forvard azad agent statusuna malikdir. Son klubu Çin təmsilçisi “Şandun Lunen” olan Qratsiano turinlilərin ehtiyat hücumçusu olmalıdır.
Qeyd edək ki, Pellenin xidmətində digər İtaliya klubu “İnter” də maraqlıdır.