“Roma”nın baş məşqçisi Joze Mourinyo yayda Roma klubunu tərk etməyi düşünür,
Lent.az xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.
Mənbənin sözlərinə görə, həm “Roma” klubu, həm də Mourinyo gələcəklərini birlikdə düşünür. 60 yaşlı mütəxəssisin müqavilə müddəti bitdikdən sonra Roma klubunda vəzifəsini tərk etməsi variantı istisna edilməyib.
Joze 2021-ci ilin yayında 3 illik müqavilə imzalayaraq "Roma"ya rəhbərlik edib. Klub portuqaliyanın rəhbərliyi altında 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi, 2022/2023 mövsümündə isə Avropa Liqasının finalçısı olub.
Bu mövsümdə A Seriyasının 19 turundan sonra "Roma" 29 xal toplayaraq turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.