Frankfurt "Ayntraxt"ının yarımmüdafiəçisi Daiçi Kamada yay transfer pəncərəsi dövründə komandanı tərk edəcək.
Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
26 yaşlı yaponiyalı mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.
Yarımmüdafiəçi 2017-ci ilin yayından Almaniya klubunda çıxış edir. Bu mövsüm o, "Ayntraxt"ın heyətində bütün turnirlərdə 38 oyun keçirib, 13 qol və 6 məhsuldar ötürmə müəllifi olub.