Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Bu barədə Lent.az-a AFFA-dan bildirilib.
Məlumata görə, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 0:0 hesabı ilə başa çatıb.
Bu komandalar arasında növbəti oyun martın 15-də keçiriləcək.