Rail Məlikovun “Qəbələ”yə transfer olunmasının əsl səbəbi bilinib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Dənizlispor”da futbolçulara istirahət verilən zaman, Məlikov 2 həftə öncə Bakıda yol qəzası törədib.
O, şəxsi avtomobili ilə qoca bir qadını vurub. Həmin şəxs təcili xəstəxanaya çatdırılıb. Yaralı şəxsin yaxınları futbolçunu məhkəməyə verməmək üçün ondan 100 min avro pul tələbə edib. Çətin vəziyyətdə qalan Məlikov “Dənizlispor” rəhbərliyinə zəng vuraraq bu məbləğdə pul istəyib. Ancaq Türkiyə klubu 100 min avronu vermək iqtidarında olmadığını bildirib. Belə olan halda, onu qışdan bəri istəyən “Qəbələ” araya girib. Klubumuz futbolçuya yaxşılıq əlaməti olaraq həmin məbləği ödəyib.
Bundan sonra Məlikov “Dənizlispor”la məsələsini həll edərə, “Qəbələ”də oynamaq qərarına gəlib. Türkiyə mətbuatında onun müqaviləsinin müddəti 2 illik göstərilsə də, 1 illik anlaşmaya qol çəkilib. Azərbaycan millisinin sabiq futbolçusu yeni kluba keçməklə yanaşı, “Qəbələ”nin ödədiyi 100 min avro hesabına həbsxanaya düşmək cəzasından da qurtulmuş olub.

ŞOK! Rail Məlikov Bakıda ağır qəza törədib
Oxşar yazılar

Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21
Haaland tətilini sevgilisi ilə İbizada keçirir: yaxtada gəzirlər
11 iyul 2025 , 09:39