“Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli iş yerini dəyişə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 57 yaşlı çalışdırıcı Argentina yığmasının “sükanı arxası”na keçməyə çox yaxındı.
Belə ki, tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilir. Məlumat özünü doğrultsa, Argentina Futbol Assosiasiyası (AFA) Sampaoli ilə anlaşdığını gələn həftə rəsmən açıqlayacaq. 5 illik müqaviləyə qol çəkəcək mütəxəssis bu postda istefaya göndərilən Edqardo Bausanı əvəzləyəcək.
Bausanın komandadan göndərilməsinə DÇ-2018-in seçmə mərhələsindəki uğursuz çıxış səbəb olmuşdu.
Qeyd edək ki, Argentina yığması 14 turdan sonra 22 xalla 5-ci pillədə qərarlaşır.