“Çelsi”nin hücumçusu Alvaro Morata yenidən İtaliya A seriyasında çıxış edə bilər. Apasport.az saytının “Tuttosport”a istinadən məlumatına görə, ispaniyalı forvardın “Yuventus”a dönmə ehtimalı yaranıb.
“Qoca sinyora” sabiq oyunçusunu icarəyə götürmək niyyətindədi. Turinlilər onu 2 il müddətinə icarəyə götürmək üçün “Çelsi” rəhbərliyi ilə danışığa başlayıb. “Yuve” 2 ildən sonra isə 35 milyon avro qarşılığında onu birdəfəlik transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Alvaro Morata 2014-2016-cı illərdə “Yuventus”un formasını geyinib.