Millinin keçmiş futbolçusu boşandı
03 iyul 2019 20:02 (UTC +04:00)

Millinin keçmiş futbolçusu boşandı

Rusiyalı futbolçu Andrey Arşavin həyat yoldaşı Alisa Kazminoydan boşanıb.
 
Lent.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Arşavinin maraqlarını təmsil edən vəkil Viktoriya Savitskayanın sözlərinə görə, nikah rəsmən pozulub. 
Məhkəmə onların iki yaşlı qızı Yeseniyanın anasında qalması haqda qərar da verib. 
 
İyun ayında yayılan xəbərdə bildirilirdi ki, Arşavin Yeseniyanın Sankt-Peterburqdakı mənzilinə qeydiyyata düşməsinə imtina edib. Buna qədər isə məlumat yayılmışdı ki, aliment borcuna görə Rusiya millisinin keçmiş oyunçusunun xaricə getməsinə qadağa qoyulub. Lakin idmançının vəkili sonradan bu informasiyanı təkzib etmişdi. 
 
Arşavin və Kazmina 2016-cı ildə evləniblər. Buna qədər onlar bir neçə il görüşüblər. 
 
Rusiya millisinin keçmiş futbolçusu üçün bu ilk rəsmi nikahı idi. O, əvvəl 9 il Yuliya Baranovskaya ilə vətəndaş nikahında olub. Bu nikahdan onların 3 uşağı var.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178
avatar

Oxşar yazılar