Millimiz İslam Oyunlarına Kamerunla start verəcək
06 aprel 2017 22:32 (UTC +04:00)

Millimiz İslam Oyunlarına Kamerunla start verəcək

0

IV İslam Həmrəylik Oyunlarında futbol yarışlarının püşkatma mərasimi olub

 

Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına daxil olan futbol yarışlarının püşkatma mərasimi olub. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edəcək U-23 milli komandamızın da rəqibləri bəlli olub.

 

Yığmamız A qrupunda yarışacaq. Yaşar Vahabzadənin yetirmələri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə qarşılaşacaq.

 

Digər qrupda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yığmaları mübarizə aparacaqlar.

 

Qeyd edək ki, turnirin futbol yarışları mayın 8-dən başlanacaq. Açılış matçında millimiz Kamerunlu həmyaşıdları ilə oynayacaqlar. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpaz üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar