
Məşhur futbolçuya böyrək köçürüldü
Məşhur ingiltərəli futbolçu Endi Koul əməliyyat olunub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 45 yaşlı sabiq forvard böyrəyindəki xəstəlik ucbatından cərrah bıçağı altına uzanıb.
“Mançester Yunayted”in unudulmaz futbolçusuna əməliyyatla böyrək köçürülüb. Əməliyyatın uğurlu keçdiyini bildirən həkimlər “qırmızı şeytanlar”ın səfirinin bir müddət müalicə olunacağını bildiriblər.
Qeyd edək ki, Endi Koul 1995-2001-ci illərədə formasını geyindiyi “Mançester Yunayted”də 195 oyunda 93 qola imza atıb. O, İngiltərə yığmasının heyətində isə 15 oyunda iştirak edib, 1 dəfə fərqlənib.
Oxşar yazılar

Lukas Torrera sevgilisindən AYRILIB
18 avqust 2025 , 15:54
Dünyanın ən seksual avtomobil yarışçısı açıq bikinidə fotosunu yaydı
18 avqust 2025 , 12:23
Yamal həqiqətən müğənni ilə sevişir? Qızı oyunda görüblər
17 avqust 2025 , 13:32
Salah Premyer Liqanın ilk turunda qol vuran rekordçudur: dörd əfsanə geridə qaldı
17 avqust 2025 , 10:03
"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36