Mərakeş Ebola xəstəliyinə görə Afrika Millətlər Kubokunun ev sahibliyindən imtina etdi
09 noyabr 2014 02:48 (UTC +04:00)

Mərakeş Ebola xəstəliyinə görə Afrika Millətlər Kubokunun ev sahibliyindən imtina etdi

Mərakeş Futbol Federasiyası 2015-ci ildə keçirilməsi nəzərdə tutulan Afrika Millətlər Kubokununu qəbul etməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, buna səbəb Ebola virusunun “Qara qitə”nin Qərbində yayılması olub.

 

Daha əvvəl Mərakeş nümayəndələri turniri 2016-ci ildə keçirilməsini istəsə də, Afrika Futbol Konfederasiyası (CAF) onlara rədd cavabı verib. Çempionat isə 2015-ci ilin yanvarın 17-dən fevralın 5-nə qədər davam edilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Afrika Millətlər Kubokunun keçiriləcəyi ölkənin adı noyabrın 11-də CAF-in İcra Komitəsinin iclasında müəyyənləşəcək. Əvvəllər turniri Nigeriya qəbul etməyə hazır olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518
avatar

Oxşar yazılar