Türkiyə mətbuatı tərəfindən “Qalatasaray”ın maraq dairəsində olduğu iddia edilən Mario Balotellinin meneceri bununla bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ulduz oyunçunun hüquqlarını təmsil edən Mino Rayola “ajansspor”un müxbiri ilə söhbətində hadisə ilə bağlı rəy verməyəcəyini deyib.
“İndiki mərhələdə bu məsələ ilə bağlı danışmamaq daha yaxşıdı. İddialara şərh verməyəcəm, hadisələri birlikdə izləyib görəcəyik” – deyə dəqiq fikir bildirməkdən yayınıb.
Qeyd edək ki, ötən gün “Qalatasaray”ın idarə heyətində yer alan Cenk Ergünlə Milanda görüşən Rayola Balotellidən əlavə İbrahimoviç, Poqba və Mxitaryan kimi önəmli oyunçuların da menecerliyini edir.