İlham Əliyevə xatirə medalı verildi
20 noyabr 2014 16:24 (UTC +04:00)

İlham Əliyevə xatirə medalı verildi

Prezident İlham Əliyev noyabrın 20-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.


Lent.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda həyata keçirilən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib və əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib.

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının Bakıda keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirən dövlət başçısı ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu deyib. Prezident İlham Əliyev qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu cür tədbirlərin yaxşı fürsət yaratdığını bildirib.  Bir sıra beynəlxalq tədbirlərin təşkilində ölkəmizin yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlət başçısı birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib.


Görüşdə Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışılıb, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri görülməsindən məmnunluq ifadə olunub.  

Sonra Tomas Bax Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dövlət başçıları üçün hazırlanmış xatirə medalını prezident İlham Əliyevə təqdim edib. Prezident İlham Əliyev bu xatirə medalının təqdim olunduğu ilk dövlət başçılarından biridir.

Sonda xatirə şəkli çəkdirilib.


 

# 578
avatar

Oxşar yazılar