PSJ klubu bu oyunçunu  18 milyon avroya aldı
02 iyul 2019 12:57 (UTC +04:00)

PSJ klubu bu oyunçunu 18 milyon avroya aldı

 
Fransanın PSJ klubu növbəti transferini reallaşdırıb.
 
APA-nın məlumatına görə, Paris təmsilçisi İspaniyanın “Sevilya” klubunun futbolçusu Pablo Sarabiyanı heyətinə qatıb.
 
27 yaşlı yarımmüdafiəçinin keçidi 18 milyon avroya başa gəlib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, ispaniyalı futbolçu 2018/19 mövsümündə “Sevilya”nın heyətində 45 oyuna 19 qol vurub.
 
 
 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499
avatar

Oxşar yazılar