Bakı İdman Sarayında sərbəst güləş üzrə Azərbaycan Güləş Federaiyasının Beynəlxalq Turniri keçirilib. Lent.az-ın məlumatına görə, turnirdə 11 komanda, 100-ə yaxın idmançı 8 çəki dərəcəsində güclərini sınayıb.
Çempionatda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən Ələsgər Məmmədəliyev 54 kq çəki dərəcəsində rəqiblərini üstələyərək turnirin qalibi olub. İdmançını turnirə məşqçi Saypulla Absayıdov hazırlayıb.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev idmançını qəbul etmiş, ona qiymətli hədiyyələr verərək uğurlar arzu edib.