Aprelin 9-da Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin idman zalında Gənclər və İdman Nazirliyi və Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi üzrə kişilər arasında Respublika çempionatı keçirilib.
Lent.az-ın məlumatına görə, çempionatda 15 komanda və 100-dən çox idmançı güclərini sınayıb.
FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı, daxili xidmət leytenantı Rəşad Kəsəmənli 65 kq çəki dərəcəsində çempionatda iştirak edərək sağ və sol qollarda gücünü sınayıb. İdmançımız sol qolda rəqiblərinə üstün gələrək 1-ci yerə, sağ qolda isə üçüncü yerə layiq görülüb.
İSK-ın rəisi polkovnik Fizuli Musayev qalib idmançını təbrik edərək ona qiymətli hədiyyə təqdim edib.