75 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə milli komandasının üzvü Elvin Mürsəliyev finala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, o, yarımfinal qarşılaşmasında gürcüstanlı idmançı Zurabi Datunaşivli güləşib. Qarşılaşma 3-2 hesabı ilə həmyerlimizin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Elvin Mürsəliyev ilk mərhələdə Slovakiyalı Riçard Riqonu 8-0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Bu mərhələdə İonel Puskasu ilə gücünü yoxlayan pəhləvanımız yoluna davam edib - 2*:2. Mürsəliyev 1/4 finalda daha güclü - rusiyalı Çingiz Labazanovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma yenə Elvinin 4-2 xeyrinə başa çatıb