Dimitri Nazarov iki qol vurdu, komandası qələbə qazandı
09 aprel 2017 18:49 (UTC +04:00)

Dimitri Nazarov iki qol vurdu, komandası qələbə qazandı

0

Almaniya II Bundesliqasında XXVIII tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” öz meydanında “Münhen 1860”la qarşılaşıb.

 

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Dima oyunu əvəzolunmadan keçirib. O, dubl edərək komandasının qələbəsində önəmli rol oynayıb. Milli üzvü 42 və 73-cü dəqiqələrdə penaltini dəqiq yerinə yetirib.

 

Qeyd edək ki, 28 oyundan sonra aktivində 32 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar