Derbini "Milan" qazandı  - <span style="color:red;">İtaliya kuboku
28 dekabr 2017 06:46 (UTC +04:00)

Derbini "Milan" qazandı - İtaliya kuboku

İtaliya kubokunda 1/4 finalın oyunları davam edir.

 

Lent.az-ın “qol.az”-a istinadən xəbərinə görə, bu gecə yarımfinal uğrunda daha bir görüş keçirilib.

 

Bu dəfə əzəli rəqiblər üz-üzə gəlib. "Milan" öz meydanında "İnter"i qəbul edib. Gərgin keçən oyunun əsas vaxtında hesab açılmayıb.  Matça artırılan əlavə vaxtda gənc hücumçu Patrik Kutrone "Milan"a qələbə qazandıran qola imza atıb.

 

Beləliklə, derbidən qalib ayrılan "rossonyerlər" yarımfinala yüksəlib.

 

Qeyd edək ki, "Latsio" da yarımfinala vəsiqə qazanıb.

 

İtaliya kuboku

 

1/4 final

 

"Milan" - ""İnter" - 1:0

Qol: Patrik Kutrone, 104

 

# 198
avatar

Oxşar yazılar