Daha bir güləşçimiz<span style="color:red;"> FİNALDA
13 iyun 2015 13:47 (UTC +04:00)

Daha bir güləşçimiz FİNALDA

Daha bir güləşçimiz finala yüksəlib. Lent.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib. Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib. Təmiz qələbə sayəsində 1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovu döşəyə dəvət edib.

 

O, bu qarşılaşmanın da taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gəlib. Rafiq Hüseynov yarımfinal görüşündə türkiyəli idmançı Səlcuq Çəbi ilə qarşılaşıb. O, türkiyəli idmançıya da vaxtından əvvəl qalib gələrək finala yüksəlib. 

Rafiq Hüseynov finalda Rusiya idmançısı Evgeny Saleevlə qarşılacaq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178

Oxşar yazılar