Kriştianu Ronaldo Avropa futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu Çempionlar Liqasında 100 qol vuran ilk futbolçu olub.
İspaniya “Real”ının ulduzu belə uğuru 1/4 final mərhələsinin cavab oyununda rəsmiləşdirib. “Bavariya” ilə ev matçında 3 qol vuran Ronaldo hesabını 100-ə çatdırıb.
1955-ci ildən keçirilən və 1992-ci ilədək Çempionlar kuboku adlanan yarışın 62 illik tarixinin 10 ən yaxşı bombardiri siyahısında Ronaldonu Lionel Messi izləyir. İlk “üçlük”də daha bir əfsanə Raul da yer alıb.
Çempionlar Liqasının 10 ən yaxşı bombardiri
1. Kriştianu Ronaldo (Portuqaliya) - 100
2. Lionel Messi (Argentina) – 94
3. Raul (İspaniya) - 71
4. Ruud van Nistelroy (Hollandiya) - 56
5. Kərim Benzema (Fransa) - 51
6. Tyerri Anri (Fransa) - 50
7. Alfredo di Stefano (İspaniya) - 49
8-9. Andrey Şevçenko (Ukrayna) - 48
Zlatan İbrahimoviç (İsveç) - 48
10. Eysebio (Portuqaliya) - 47