MMA (Qarışıq Döyüş İncəsənəti) üzrə Bakıda keçirilən turnirdə dava düşüb.
Lent.az azxeber.com-a istinadən xəbər verir ki, Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 70 kq çəki dərəcəsində qarşılaşan Aqşin Salmanov və Cəfər İsmiyev arasındakı dava rinqdən kənarda da davam edib.
Belə ki, qarşılaşma zamanı rinqdən kənara keçən idmançıların davasına zaldakı tamaşaçılar da müdaxilə edib. Nəticədə kütləvi dava yaranıb.
“İdman Azərbaycan” kanalı ilə canlı yayımlanan bu görüntülər yarımçıq kəsilib və kanal reklam fasiləsinə ayrılıb.
Həmin görüntüləri təqdim edirik: