Fransanın “Lans” futbol klubunun sahibi, azərbaycanlı milyarder Hafiz Məmmədov kluba vəd etdiyi 19 milyon avronu hələ hesaba köçürməyib. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bu haqda “La Voix du Nord” nəşri yazıb.

Azərbaycanlı milyarderin vəd etdiyi 19 MİLYON AVRO
Məlumata görə, “Hafka” ötən ay “Lans” klubunun bu mövsüm üçün büdcəsini formalaşdırmaq üçün 19 milyon avro ayıracağına dair sənədi imzalayıb. Lakin pullar hələ də hesaba köçürülməyib.
Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) isə “Lans” klubuna xəbərdarlıq edib ki, bu mövsümdə 40-45 milyon avro həcmində büdcəsini razılaşdırsın. Bu pulların 13 milyonu futbolçuların əmək haqlarının iki dəfə artırılmasına yönəldilməlidir.
“Lans”ın prezidenti Jerve Martel Hafiz Məmmədovun imzası ilə kluba 19 milyon avro ayrılmasına dair sənədi DNCG-yə təqdim etsə də, komissiya bunu sübut kimi qəbul etməyib və pulların hesaba köçürüləcəyinə dair qarantiyanın olmadığını bildirib. Nəticədə Jerve Martel “Hafka”nın dalınca iyunun 20-də Bakıya gəlməli olub.
Xəbərdə bildirilir ki, “Hafka” ötən il “Lans”ın səhmlərini “Kredi Aqrikol” bankından alanda da analoji vəziyyət yaranıb. Azərbaycanlı biznesmen “Avropadakı bank hesablarında yaranmış problem üzündən” pulları vaxtında köçürə bilməyib.
Xatırladaq ki, “Hafka”nın klubu bu mövsümdə I liqada oynayacaq. Klubun I liqada oynamaq üçün “Hafka”nın vəd etdiyi 19 milyon avrodan əlavə daha 17 milyon avroya ehtiyacı var. Transferlər üçün isə daha 10 milyon avro tələb olunur.
“Hafka”nın Azərbaycandakı biznesində böhran yaşansa da, o, iyunun əvvəllərində İngiltərənin II liqada oynayan “Şeffild Vednesdi” (“Sheffield Wednesday”) klubunu 50 milyon avroya alıb. Bəzi məlumatlara görə, H.Məmmədov ingilis klubunu alandan sonra “Lans”ı satmaq barədə fikirləşir.
Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19