Araz qol vurdu, komandası səfərdən xalla dönür - VIDEO
04 mart 2018 11:41 (UTC +04:00)

Araz qol vurdu, komandası səfərdən xalla dönür - VIDEO

Kiprin I Divizionunda XXVII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

 

Famaqusta təmsilçisi səfərdə AEK-lə qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.

 

 

Matça start heyətində başlayan Araz 34-cü dəqiqədə hesabı açıb. Ancaq onun komandası üstünlüyünü qoruya bilməyib və sonunda 1 xal qazanıb.

 

Qeyd edək ki, 27 oyuna 57 xal toplayan “Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289
avatar

ApaSport TV

Oxşar yazılar