“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams “Qranada”nı çalışdıracaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ingiltərəli mütəxəssis La Liqa klubunun “sükanı arxası”na keçib.
Ölkə çempionatında uğursuz çıxışdan sonra baş məşqçi Lukas Alkarazı istefaya göndərən rəhbərlik yeni məşqçi axtarışına ehtiyac duymayıb. Belə ki, bu günlərdə kluba idman direktoru təyin olunan Adams baş məşqçi postuna gətirilib.
Sabiq “Qəbələ”li “Qranada”nın cari mövsümdə 3-cü çalışdırıcısı olub. Mövsümə Pako Ximeneslə başlayan elita təmsilçisi ilk 7 turda cəmi 2 xal toplayınca, onunla yollarını ayırıb, Alkarazla anlaşmışdı. Adams isə mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək.
Toni Adams hazıda eyni zamanda “Qranada”nın çinli sahibi Yon Yiana məxsus DDMC şirkətinin də vitse-prezidentidi.
Qeyd edək ki, La Liqanın XXXI turunda evdə “Valensiya”ya 1:3 hesabı ilə məğlub olan “Qranada” hazırda 20 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır.