"Qalatasaray" Luçesku ilə razılığa gəlmək istəyir
18 aprel 2017 05:40 (UTC +04:00)

"Qalatasaray" Luçesku ilə razılığa gəlmək istəyir

"Qalatasaray" idman direktoru vəzifəsinə Peterburqun “Zenit” klubunun baş məşqçisi Mirça Luçeskunun namizədliyini nəzərdən keçirir.

 

APA-nın “Fotospor”-a istinadən verdiyi xəbərə görə, türk klubu o cümlədən rumıniyalı mütəxəssisin seleksiya işləri ilə məşğul olmasını arzulayır. Məlumata əsasən, “Qalatasaray” 72-yaşlı M.Luçeskunun vaxtilə “Şaxtyor”da apardığı seleksiya işini yüksək qiymətləndirir.

 

 “Zenit”lə yollarını ayıracağı təqdirdə “Qalatasaray” M.Luçeskuya  idman direktoru, 48-yaşlı oğlu Rezvana isə baş məşqçi postu təklif etməyə hazırdır. Qeyd edək ki, Rezvan Luçesku hazırda Yunanıstanın “Ksanti” klubunun baş məşqçisidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Oxşar yazılar