<b>"Neftçi"də "istefa" şüarına görə cəza</b> - <span style="color:red;">QOVULDU
04 aprel 2017 18:17 (UTC +04:00)

"Neftçi"də "istefa" şüarına görə cəza - QOVULDU

“Neftçi” rəhbərliyi azarkeşlərlə iş üzrə əlaqələndirici Kənan Hənifəyevi tutduğu vəzifədən uzaqlaşdırıb.

Lent.az-ın futbolinfo.az-a istinadən məlumatına görə, bu barədə paytaxt klubunun azarkeşlərinin "Facebook" səhifəsində məlumat verilib.  Onun vəzifəsindən azad edilməsinə Topaz Premyer Liqanın 24-cü turunun “Sumqayıt”a qarşı matçında bəzi azarkeşlərin klub rəhbərliyini və məşqçi heyətini istefaya səsləməsi səbəb göstərilir. Qeyd edək ki, "Neftçi" "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub. Bununla da inların Premyer Liqada bu mövsümü medalsız başa vuracağı qətiləşib. “Bəli, artıq son iki məğlubiyyətin günahkar tapılıb və bundan sonra komandamız “qələbələri sıralayacaq”. Demə, ən böyük günahkar klubumuzun azarkeşlər üzrə kordinatoru Kənan Hənifəyev imiş. Bəli, dünən (srağagün – red.) məhz onun meydana buraxdığı 11-lik azarkeşlərimizi məyus etdi. Məhz Kənan qapıya Baykoviçi deyil, Vaylonu qoymuşdu. Hətta bu da azdır. 2-ci hissədə Kənan meydana çıxmalı, Cavidin göyqurşağına göndərdiyi topu ordan endirib Fərhadın qapısından keçirməli idi. Bax budur bizim biabırçı idarəçilik, biabırçı rəhbərlik” – deyə “Neftçi” azarkeşlərinin "Facebook" səhifəsindəki paylaşımda bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar