<b>"Qarabağ" kəşfiyyatda:</b> rəqibin 4 yaralısı var - <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ MİLANDAN YAZIR
01 oktyabr 2014 15:38 (UTC +04:00)

"Qarabağ" kəşfiyyatda: rəqibin 4 yaralısı var - SƏBUHİ MƏMMƏDLİ MİLANDAN YAZIR

Sabah Avropa Liqasının qrup oyununda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubu Milandakı “DoubleTree by Hilton” otelində məskunlaşıb. Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli dünən oteldə olub. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov əməkdaşımıza verdiyi açıqlamada, futbolçuların əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib.

 

İtaliyanın nüfuzlu “La Qazzetta dello Sport” nəşri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan geniş müsahibə götürüb. Sabah çap olunacaq müsahibədən hissələri Lent.az-da oxuya biləcəksiniz.

 

“Qarabağ”ın dünən məşqə çıxdığı stadionun öt örtüyü bərbad vəziyyətdə idi. Bundan başqa, stadionun əməkdaşları baş məşqçi Qurban Qurbanovu içəri buraxmaq istəmirdilər. Qurban Qurbanovun üzərində sənədinin olmaması səbəb kimi göstərilirdi. Qısa müddət ərzində yaranmış problem həll olundu və Qurban Qurbanov stadiona buraxıldı.

 

İtaliyanın məşhur idman jurnalisti Matteo Breqa “La Qazzetta dello Sport” qəzetində “İnter”in hazırkı vəziyyəti ilə bağlı geniş məqalə yazıb və Milan klubunu oynadığı ənənəvi 4-3-2-1 taktiki sxemindən imtina etməyə çağırıb. M.Breqa “İnter”in “Qarabağ”la oyuna bu sxemlə çıxacağı təqdirdə uğursuzluğa düçar olacağını yazıb.      

 

İtaliyanın “Radio101” radiosunda qonaq olan İtaliya futbolunun əfsanəsi Sandro Massola “İnter”də lider futbolçunun olmamasından gileylənib. S.Massola “İnter”li futbolçuları “Sakit, diqqətli və cəsarətli olun!” şüarı ilə meydana səsləyib. Qeyd edək ki, İtaliya “A seriya”sının sonuncu turunda evdə “Kalyari”yə 1-4 hesabı ilə məğlubiyyət “İnter” və tərəfdarlarını təşvişə salıb.   

 

“İnter”in düşərgəsindən gələn xəbərlərə görə, Nemanya Vidiç, Mateo Kovaçiç, Dodo və Conatan zədəlidir.

 

“Cüzeppe Meatsa”da komandamıza Romada təhsil alan tələbələr, “Avropa İmarət” fanklubunun üzvləri və Milanda yaşayan azsaylı azərbaycanlılar dəstək olacaq. Stadiona 40 mindən çox azarkeşin gələcəyi gözlənilir.

 

Sabaha axşam havanın mülayim keçəcəyi, yağış yağmayacağı deyilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2436
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar