<span style="color:red;"><b>ÇL</b>:  <b>“Qarabağ” növbəti mərhələdə!</b>
18 iyul 2018 23:03 (UTC +04:00)

ÇL: “Qarabağ” növbəti mərhələdə!

“Qarabağ” bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu öz meydanında “Olimpiya” ilə qarşılaşıb.

 

Sloveniyada keçirilən ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda bu üstünlüklə çıxıb. Matçın ilk dəqiqələrində qonaqlar daha fəal olsa da, “Qarabağ” üstünlüyü ələ almağı bacarıb.

 

Ağdam təmsilçisi daha çox hücum etdiyi qarşılaşmada qapılara qol vurulmayıb. Beləliklə, ilk oyunda qazanılan minimal hesablı qələbə “Qarabağ”ı II təsnifat mərhələsinə daşıyıb. Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

 

 

Çempionlar Liqası

 

I təsnifat mərhələsi (cavab oyunu)

 

18 iyul

 

 

“Qarabağ” (Ağdam, Azərbaycan) – “Olimpiya” (Lyublyana, Sloveniya) - 0:0

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367
avatar

Oxşar yazılar