Bakı-2015: Azərbaycan gimnastından 4-cü medal
20 iyun 2015 19:03 (UTC +04:00)

Bakı-2015: Azərbaycan gimnastından 4-cü medal

Azərbaycan yığması Bakı-2015 I Avropa Oyunlarında növbəti medalını qazanıb.

 

Apasport.az saytının məlumatına görə, millimizin heyətində bu uğura gimnastımız Oleq Stepko imza atıb.

 

O, Milli Gimnastika Arenasında keçirilən dayaqla tullanma yarışında üçüncü nəticə göstərib.

 

Belə ki, hakimlər idmançımızın ilk cəhdini 14,933, 2-ci yanaşmasını 15,000 xalla qiymətləndiriblər. Ümumi nəticədə 14,966 xal yığan Stepko 3-cü yeri tutaraq, növbəti dəfə fəxri kürsüyə yüksəlib. Bu bürünc medal onun Bakı-2015-də 4-cü, yığmamızın 32-ci mükafatı olub. Gimnastımız ukraynalı Oleq Vernyayev (15,266) və hollandiyalı Kazimir Şmidtdən (15,166) geri qalıb.

 

Qeyd edək ki, Stepko bunadək komanda yarışında bürünc, fərdi çoxnövçülükdə və bu gün keçirilən gimnastika atında gümüş medal qazanıb. O, saat 18:52-də başlayacaq daha bir yarışda - paralel qollarda qüvvəsini sınayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar