AÇ-2018-in seçmə mərhələsində mübarizə aparan futzal üzrə Azərbaycan millisi bu gün qrupdakı son matçına çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamızın son rəqibi Macarıstan olub.
Qrupdakı ilk iki oyununda qələbə qazanan Biro Jadenin yetirmələri üçüncü oyunu da itkisiz başa vurub. Yığmamız 6:1 hesablı qələbəyə sevinib.
Bu nəticə ilə qrupu məğlubiyyətsiz başa vuran yığmamız qitə birinciliyinin final mərhələsinə lider kimi yollanır.
AÇ-2018-in seçmə mərhələsi
B qrupu
III tur
Macarıstan - Azərbaycan - 1:6
Qollar: Rövşən Hüseynli, 01:16 (öz qapısına) - Bolinya, 11:16, Eduardo, 16:52, Fineo, 21:03, 33:13, Xətai Bağırov, 24:12, İsa Atayev, 35:08
Hakimlər: Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan)
Bakı İdman Sarayı
Albaniya - Bosniya və Herseqovina - 6:6
Hakimlər: Kostas Nikolaou (Kipr), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı
Yer |
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Azərbaycan |
3 |
3 |
0 |
0 |
16:5 |
9 |
2 |
Macarıstan |
3 |
1 |
1 |
1 |
7:11 |
4 |
4 |
Bosniya və Hrs. |
3 |
0 |
2 |
1 |
12:13 |
2 |
3 |
Albaniya |
3 |
0 |
1 |
2 |
9:15 |
1 |